Azərbaycanın mədəniyyət naziri sabah İrana gedir

İyunun 20-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəniyyət və islam irşad nazirinin dəvəti ilə Tehrana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Anar Kərimov İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili, milli irs, əl işləri sənayesi və turizm naziri İzəyullah Zərqami və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə ediləcək.

Əvvəlki məqalə

Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər

Sonrakı məqalə

Moldovada Rusiya xəbər proqramlarının yayımı qadağan edildi