“Laboratory of Art” həvəskar yazarların hekayələr kitabını təqdim edib –-FOTOLAR

25 sentyabr 2022-ci il tarixində ”Bookzone” kitab evində, “Laboratory of Art” incəsənət platforması həvəskar yazarların hekayələr toplusu olan “Qələmimizdən qəlbinizə” adlı kitabın ll tirajını, eləcə də”Misraların əsrarı” adlı həvəskar şairlərin seçilmiş şeirlərindən ibarət kitabını təqdim edib.

Kitabda 15 müəllifdən müxtəlif üslubda şeirlər cəmlənib.

Qeyd olunan layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir. “Bu gün biz verdiyimiz vədlərin arxasında olduğumuzu bir daha həm müəlliflərimizə, həm də oxucularımıza, yanımızda olan dostlarımıza bir daha sübut etdik. İstər həkayələr kitabımızın ll tirajı, istərsə də “Misraların əsrarı” adlı şeir kitabımız bu gün oxucularıyla qovuşur. Biz mütləq şəkildə “Brendbuk” layihəmizi davam edəcəyik. “Laboratory of Art” brendi altında yeni-yeni kitablarımız olacağına səmimi qəlbdən inanırıq.”-deyə Nəsibzadə bildirib.

Qeyd edək ki, layihənin çap tərəfdaşı “Bookzone Group”-dur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.