FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi hakim qarşısına çıxarılıb

Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Türkiyəyə gətirilən FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun həbs olunub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Mehmet Cintosun bu gün hakim qarşısına çıxarılıb.

Xatırladaq ki, M. Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı il 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.