Gürcüstana 2013-cü ilədək istehsal edilmiş avtomobillərin idxalı qadağan ediləcək

Gürcüstana 2013-cü ildən əvvəl istehsal edilmiş avtomobillərin idxalı məhdudlaşdırılacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bəyan edib:

“Biz ölkədəki avtomobillərlə bağlı Avro-5 standartını tətbiq etmək qərarı vermişik. Bu, praktiki olaraq o deməkdir ki, 2013-cü ilədək istehsal edilmiş avtomobillərin idxalı qadağan ediləcək”.

Qaribaşvili minik maşınları ilə bağlı məhdudiyyətin 2024-cü ilin 1 yanvar tarixindən, avtobus və yük maşınları ilə bağlı məhdudiyyətin isə 1 yanvar 2025-ci ildən tətbiq ediləcəyini qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.