Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmır- Fazil Mustafa

Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O, Naxçıvanda da vəkil çatışmadığını diqqətə çatdırıb.

Fazil Mustafa, buna səbəb kimi “Vəkillik haqqında” qanundakı maddəni göstərib: “Belə ki, qanunvericiliyə əsasən, test mərhələsindən keçən vəkilliyə namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub. Bu müddəa ləğv olunmalı və vəkilliyə qəbul asanlaşdırılmalıdır ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər. Bununla ucqar bölgələrdə olan defisit aradan qalxar. Türkiyədə və digər başqa ölkələrdə belə müddəa yoxdur”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.