“ABŞ Rusiyanı Yaxın Şərqdəki proseslərdən kənarlaşdırmağa çalışır”- LAVROV

“ABŞ Rusiyanı Yaxın Şərq münaqişəsinin həllinə yönəlmiş proseslərdən kənarlaşdırmaqla bu regionda liderliyini təsdiq etməyə çalışır”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“ABŞ Yaxın Şərq regionunda öz hökmranlığına arxalanmağa üstünlük verdi və indi də Rusiyanı xaric etməyə çalışır”, – Lavrov qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərq nizamlanması üzrə Rusiya, ABŞ, BMT və Aİ-dən ibarət beynəlxalq vasitəçilər kvartetinin işinə mane olub.

Lavrov əlavə edib ki, Birləşmiş Ştatlar indiki vəziyyətdə reallıqdan uzaq qərarlarını ölkələrin və regionun xüsusiyyətlərini nəzərə almadan tətbiq edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.