“Rusiya NATO ilə savaşmaq üçün sərhədə on minlərlə əsgər yerləşdirəcək”- Estoniya kəşfiyyatı

Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazırlaşacaq. Eyni zamanda Rusiya Baltikyanı ölkələr və Finlandiya ilə sərhədləri boyunca ordusunun sayını təxminən iki dəfə artıra bilər.

Azpost.info xəbər verir ki, bu barədə Estoniya Xarici Kəşfiyyat Departamentinin baş direktoru Kaupo Rosin idarəsinin illik hesabatını təqdim edərkən bildirib.

“Rusiya iqtisadiyyatı hərbi müstəviyə keçirəcək, həmçinin artilleriyadakı əhəmiyyətli üstünlüyündən istifadə edərək, Ukraynanın yeni bölgələrini işğal etməyə çalışacaq. Növbəti onillikdə belə bir münaqişə mümkün görünür”, – Rosin deyir.

Onun sözlərinə görə, 2022-ci ilin sonlarından, Ukrayna qüvvələrinin məğlubiyyətindən sonra Rusiya ordusu NATO-nun şərq cinahında əhəmiyyətli qoşun yığır.

“Təkcə Estoniya ilə sərhəddə Rusiya kontingentinin sayı iki dəfə artıb. Ukraynada müharibə başlamazdan əvvəl orada 19 min nəfər vardı. Finlandiya ilə 1340 kilometrlik sərhəddə çox güman ki, yüksək manevr qabiliyyətinə malik yeni bölmələr peyda olacaq”, – Rosin xəbərdarlıq edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.