“ABŞ bundan sonra da Bakı və İrəvanın mövqelərini yaxınlaşdırmağa çalışacaq”.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
O bildirib ki, mövcud gərginlik diplomatik səylərin artırılmasının vacibliyindən xəbər verir.
“Mən son zamanlar hansısa konkret hərəkətlər barədə spekulyasiya etmək istəmirəm. Ona görə də biz tərəfləri bir araya gətirməyə çalışmaq xəttini davam etdirəcəyik”, – ABŞ rəsmisi qeyd edib.
Azpost.info