“Müharibəyə qarşı olan rusların ABŞ-da yaşayıb işləməsini təmin etməliyik”- ABŞ-ın sabiq səfiri

“Ukraynadakı müharibəni dəstəkləməyən ruslar üçün mühacirət mexanizmləri sadələşdirilməlidir”.

Azpost.info xəbər verir ki, bu təklifi ABŞ-ın Rusiyadakı keçmiş səfiri və Stenford Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Maykl Makfol səsləndirib.

“Rusiyada yaşayırsınızsa, Putin rejimini və bu dəhşətli müharibəni dəstəkləmirsinizsə, o zaman sizin bizimlə yaşayıb işləyə bilməyinizi təmin etməliyik”, – Makfol deyib.

O əlavə edib ki, ruslar Kaliforniyada yaşamalı və Silikon Vadisində ABŞ şirkətlərinə kömək etməlidirlər.

2012-14-cü illərdə ABŞ-ın Moskvadakı səfiri olan Makfol Rusiyanın Ukraynaya təcavüzünə qarşı Sanksiyalar üzrə Beynəlxalq İşçi Qrupun yaradılmasının təşəbbüskarlarından olub. Makfol və Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakdan başqa onun tərkibinə ABŞ və Ukraynadan olan yüzdən çox ekspert daxildir. 2022-ci il aprelin 19-dan etibarən qrup Rusiyaya qarşı sanksiyalar rejimini təhlil edən 19 sənəd dərc edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.