Şarl Mişel və Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Aİ lideri “X” platformasında bildirib.

Tərəflər Ermənistan-Aİ münasibətlərini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib.

Şarl Mişel qeyd edib ki, Cənubi Qafqazda sülh gündəliyi Aİ-nin gündəliyində mühüm yer tutur(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.