Avropa İttifaqının səfirləri 13-cü anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Azpost.info xəbər verir ki, 200-ə yaxın fiziki və hüquqi şəxsə məhdudiyyətin tətbiq olunacağı tədbirlər fevralın 24-dən qüvvəyə minəcək.
Bu barədə Belçikanın Aİ Şurasındakı nümayəndəliyi məlumat yayıb.
“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi olaraq təsdiqlənəcək”, – məlumatda deyilir.
Azpost.info