Rusiya prezidenti Vladimir Putin Kazana səfəri zamanı Qorbunov adına Aviasiya Zavodunda olub və səsdən sürətli Tu-160M bombardmançı təyyarəsinə baxış keçirib.
Azpost.info xəbər verir ki, Putinə müəssisədə istehsal olunan yeni strateji raketdaşıyıcıları nümayiş etdirilib.
Rusiya prezidenti 80 faizdən çox komponent və aqreqat dəyişdirilərək tamamilə yenilənmiş Tu-160M təyyarəsinə baxıb. O, 10 dəqiqəyə yaxın kabinədə qalıb. Modernləşdirilmiş bombardmançı yeni döyüş imkanlarına və yüksək effektivliyə malik müasir maşına çevrilib.
Rusiya lideri Tu-160M raketdaşıyıcılarından birini Tatarıstanın ilk prezidenti Mintimer Şaymiyevin şərəfinə adlandırılmasını təklif edib.
“O, bütün Rusiya üçün çox şey etmiş bir insandır”, – Putin bildirib.
Azpost.info