Türkiyə Banklar Birliyi Rusiya tərəfi ilə ödəniş problemi yaşadığını bəyan edib.
Azpost.info xəbər verir ki, məlumat assosiasiyaya üzv olan bankların diqqətinə çatdırılıb.
“Rusiya ilə bank ödənişlərində problemlər barədə ixracatçılardan məlumat almışıq. Bu məlumat üzv banklara çatdırılıb”, – məlumatda bildirilir.
Daha əvvəl bildirilmişdi ki, Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara görə Türkiyə bankları Rusiya maliyyə qurumları ilə işləməkdən getdikcə daha çox imtina edir. Dekabrın 22-də ABŞ prezidenti Co Bayden ikinci dərəcəli sanksiyalar haqqında fərman verdikdən sonra vəziyyət kəskin şəkildə pisləşib.
Azpost.info