“Avropada heç kim Ukraynanın qələbəsinə inanmır” –Macarıstanın Baş naziri

“Avropada heç kim Ukraynanın qələbəsinə inanmır”.

Azpost.info “Magyar Nemzet” qəzetinə istinadən bildirir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban hakim “Fides-Macar Vətəndaş Birliyi partiyası və onun tərəfdaşları olan Xristian Demokratlar Partiyasının parlament fraksiyalarının qapalı iclasında çıxışı zamanı deyib.

Orbanın sözlərinə görə, Ukraynada sülhün əldə olunmasına Avropa Parlamentinə seçkilər və ABŞ-da prezident seçkiləri nəticəsində baş verəcək siyasi dəyişikliklər kömək edə bilər.

Yaxın gələcək üçün beynəlxalq vəziyyətlə bağlı proqnozlardan danışarkən, o qeyd edib ki, Ukraynadakı münaqişə bitməyəcək və Avropanın yükü artacaq. Çünki Amerikada prezident seçkiləri ilə bağlı mübahisələrə görə Ukraynaya maliyyə dəstəyi azalacaq.

“Ukraynalılara dəstək böyük siyasi qiymətə başa gəlir. Bütün Avropada fermerlər üsyan edir və heç kim Ukraynanın qələbəsinə inanmır”, – deyə hökumət başçısı iki günlük iclasa toplaşan deputatlara müraciət edib.

Orban Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin zəruriliyini vurğulayıb və bunun Avropa Parlamentinə iyunda keçirilən seçkilərin nəticələrindən sonra baş verə biləcəyinə əminliyini ifadə edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.