ABŞ NATO müttəfiqlərini Rusiyadan olan təhdidlə bağlı xəbərdar edib

Amerika kəşfiyyatı Avropa müttəfiqlərini Rusiyanın ehtimal olunan təhdidləri barədə xəbərdar edib.

Azpost.info bildirir ki, bu barədə “New York Times” yazır.

MKİ bunun səbəbini göstərməyib.

Nəşrin məlumatına görə, ABŞ kəşfiyyat rəsmiləri NATO, eləcə də Asiyadan olan müttəfiqləri ilə bir sıra təcili bgörüşlər keçirib. Görüşlərdə Rusiyanın kosmik orbitdə nüvə silahı yerləşdirməsi ehtimalı müzakirə olunub.

Eyni zamanda, ABŞ rəsmiləri özləri də etiraf edirlər ki, nüvə silahının orbitə buraxılması ilə bağlı öz təhlillərinə çox az inanırlar.

Bundan əvvəl Amerika KİV-ləri xəbər vermişdilər ki, söhbət Moskvanın ABŞ və NATO hərbi peyklərini vurmaq üçün kosmik orbitdə nüvə silahı yerləşdirmək planlarından gedir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinlə görüşdə bu arada nazirliyin nüvə silahlarını kosmosda yerləşdirmədiyini bəyan edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.