İmmuniteti gücləndirir, yaşlanmanı ləngidir…- İtburnunun FAYDALARI

Vitamin və minerallarla zəngin olan itburnu immuniteti gücləndirir, soyuqdəymənin qarşısını alır.

Azpost.info xəbər verir ki, mütəxəssislərin fikrincə, bu bitkinin meyvələrində rekord miqdarda C vitamini var.

İtburnunun tərkibində K və E vitaminləri də var və onlar hemoglobinin sintezi, qanın laxtalanması üçün vacibdir, həmçinin yaşlanma prosesini ləngidə bilir.

Bu bitkidə olan kalsium, kalium, dəmir, maqnezium və digər minerallar immuniteti gücləndirir və qanda xolesterinin səviyyəsini tənzimləyir.

İtburnu sidikqovucu və yara sağaldıcı xüsusiyyətlərə malikdir. Bundan başqa, o, sümükləri gücləndirməyə kömək edir və mədə-bağırsaq traktının işini normallaşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.