Tanınmış vəkil Əsabəli Mustafayev komaya düşüb, vəziyyəti ağırdır

Tanınmış vəkil Əsabəli Mustafayev insult keçirib. O hazırda komadadır. 

Azpost.info bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.

“Vəziyyəti çox ağırdır, danışa bilmir, nitqi tamam itib. Dünən 3-cü dəfə insult keçirib. Hazırda Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir. Yanına heç kəsi buraxmırlar”-deyə həyat yoldaşı Zemfira Mustafayeva Qaynar.info-ya bildirib.
Qeyd edək ki, bir müddət öncə Əsabəli Mustafayevin səhhətində problemlər yaranmışdı. Vəkil insult diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli xəstəxanasına yerləşdirilmişdi.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.