“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Beşiktaş” komandası baş məşqçisi Ciovanni van Bronkhorstla yollarını ayırıb.

İstanbul nəhəngi niderlandlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. O, komandanın bugünkü məşqində iştirak etməyib.

50 yaşlı çalışdırıcı bu ilin iyun ayında “qara qartallar”ın çalışdırıcısı təyin olunmuşdu.

Qeyd edək ki, “Beşiktaş” Ciovanni van Bronkhorstun rəhbərliyi altında bu mövsüm Superliqada 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.