Həbsxanadan 6 min təhlükəli cinayətkar qaçdı

Mozambikin ciddi rejimli Maçava həbsxanasından 6 minə yaxın təhlükəli cinayətkar qaçıb.

Bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, məhbuslar mühafizəçiləri tərksilah edərək Mozambikin paytaxtı Maputonun yaxınlığındakı eyniadlı Maçava rayonunda yerləşən həbsxananı tərk edə biliblər.

Qaçan cinayətkarların həbsxana gözətçilərindən götürdükləri avtomat silahları ola bilər. Məhbusların qaçması müxalifətin etirazlarını müşayiət edən böyük iğtişaşlar fonunda baş verib.

Vurğulanb ki, kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.