Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazından gəmilərin hər iki istiqamətdə keçidi müvəqqəti olaraq bağlanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat verib.

Bildirilir ki, Panama bayrağı altında üzən 274 metrlik “Cordelia Moon” tankerində texniki nasazlıq yaranıb. Gəmi Türkiyənin Yalova limanından Novorossiyskə (Rusiya) hərəkət edirdi.

Hadisənin təfərrüatı və tranzitin bərpa olunacağı vaxt açıqlanmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.