İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya uçuşları dayandırıb

İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.

Bu barədə aviaşirkətin mətbuat xidmətindən “9-cu Kanal”a məlumat verilib.

“Rusiyanın hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq “El-Al” Tel-Əviv — Moskva marşrutu üzrə bütün reysləri dayandırır”, — məlumatda deyilir.

Qeyd edilib ki, gələn həftə vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq, daha sonra uçuşların bərpası barədə qərar qəbul ediləcək və sərnişinlər tezliklə xəbərdar ediləcəklər.

Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanda Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb, nəticədə 38 nəfər ölüb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.