Almaniya ordusunun döyüş hazırlığı səviyyəsiAÇIQLANDI

Almaniya Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsinin 50 faiz olduğu açıqlanıb.

Azpost.info xəbər verir ki, bunu Bundestaqın müdafiə məsələləri üzrə komissarı Yeva Heql bildirib.

Onun sözlərinə görə, Almaniya ordusunun şəxsi heyətini və müdafiə büdcəsinə investisiyaları artırmaq lazımdır.

“İnanıram ki, kadr məsələsi 2025-ci il üçün ən vacib məsələ olacaq. Kadrlarla bağlı vəziyyət siyasətə cavabdeh olan hər kəs üçün ən yüksək prioritet olmalıdır”, – Heql deyib.

Daha əvvəl “Bild” qəzeti Almaniya Xarici İşlər Nazirliyinə istinadən yazıb ki, Almaniya Rusiyanın “Oreşnik” orta mənzilli raket kompleksinə qarşı müdafiəsizdir. Nazirlik Almaniyadan olan hərbi ekspertlərə ölkənin hadisələrin bu cür inkişafına hazır olub-olmadığını təhlil etməyi tapşırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.