Cənubi Koreya qəzadan sonra hava limanını bağlayıb- Bütün uçuşlar ləğv edilib

Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinin Boeing 737-800 təyyarəsinin qəzaya uğramasından sonra ölkənin Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.

Azpost.info xəbər verir ki, dəlil toplamaq üçün uçuş-enmə zolağı da mühasirəyə alınıb.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 181 nəfər olub. Onlardan 179-u Cənubi Koreya, daha ikisi isə Tailand vətəndaşıdır.

İki qadın – sərnişin və stüardessa xilas edilərək xəstəxanaya yerləşdirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.