2024-cü ildə dünya əhalisi nə qədər artıb?

2024-cü ildə dünya əhalisinin 71 milyondan çox artdığı bildirilir.

AzPost xəbər verir ki, bu haqda məlumatı ABŞ Siyahıyaalma Bürosu verib.

Büronun hesablamalarına görə, 2024-cü ildə dünya əhalisinin artımında 2023-cü illə müqayisədə bir qədər yavaşlama müşahidə olunub.

Belə ki, ötən il dünya əhalisi 75 milyon nəfər artıb. 2024-cü ildə dünya əhalisinin artımı 0,9 faiz olub.

2025-ci il yanvarın 1-də dünya əhalisinin 8,09 milyard nəfər olacağı gözlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.