İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

AzPost Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.