Xarici kəşfiyyata işləyən iki agent saxlanıldı

Həbs
Həbs

Moskvada casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən iki xarici vətəndaş saxlanılıb. AzPost MK-ya istinadla xəbər verir ki,  Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) yaydığı məlumata görə, onlar Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.

FSB bildirir ki, saxlanılan şəxslər Rusiya ərazisinə saxta sənədlərlə daxil olaraq, Moldova kəşfiyyatının tapşırıqlarını yerinə yetirməyə çalışıblar. Onların fəaliyyəti Rusiya dövlət təhlükəsizliyinə qarşı yönəlmiş kimi qiymətləndirilib.

Saxlanılanlar ilkin dindirilmə zamanı əməllərini etiraf ediblər. Məhkəmə tərəfindən onların barəsində həbs-qətimkan tədbiri seçilib. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi (“Xarici dövlətlə əməkdaşlıq”) üzrə cinayət işi açılıb. Bu maddə ilə səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq davam edir. Saxlanılanların konkret tapşırıqları barədə məlumat açıqlanmır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.