Aİ qərar qəbulunda yekdillik prinsipindən imtina edə bilər

hərbi yardım
Avropa İttifaqı
Təxminən 10 Avropa İttifaqı ölkəsi səs çoxluğu əsasında bəzi icma qərarlarını qəbul etmək üçün yekdillik prinsipindən imtinanın mümkünlüyünü müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Təklif avqustun 30-da Kopenhagendə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl Aİ üzvləri arasında yayılıb. Sənəddə səs çoxluğunun kifayət edəcəyi bir neçə sahənin müəyyən edilməsi təklif olunur. Eyni zamanda, yekdillik prinsipinin qorunub saxlanacağı vurğulanır.
Agentlik izah edir ki, tədbir birliyin ayrı-ayrı üzvlərinin qərar qəbul etməsinə mane olduğu vəziyyətlərin qarşısını alacaq. “Bloomberg” misal kimi Ukrayna ilə bağlı təşəbbüslərə davamlı olaraq qarşı çıxan Macarıstanı göstərir. Bu, vəsaitin ayrılmasından və Kiyevin Aİ-yə qəbulundan gedir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.