Göyçayın işdən çıxarılan icra başçısına yeni vəzifə verildi

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Balakən RİH-nin sabiq icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, korrupsiyada ittiham olunur.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.