Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşımında deyilir:

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.