“Köçəryan həbs olunmalı, pulları əlindən alınmalıdır” –PAŞİNYAN

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryan və biznesmen, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın maliyyə vəsaitlərindən məhrum edilməli olduğunu bildirib.

Bu barədə Paşinyan avqustun 25-də Ermənistan parlamentində hökumətin beşillik fəaliyyət proqramının müzakirəsi zamanı danışıb.

Paşinyanın sözlərinə görə, həmin şəxslərin pulları korrupsiya və seçicilərə rüşvət verilməsi məqsədilə istifadə oluna bilər.

“Bəli, həbs olunmalıdırlar. Tsarukyan Qaqik və Köçəryan Robert rüşvət şəklində paylana biləcək pullardan məhrum edilməlidirlər”, – Ermənistan hökumətinin başçısı deyib.

Paşinyan bildirib ki, bu məsələ onun siyasi məsuliyyətidir. “Bunu etməyəcək dövlət ola bilməz. Bunu mən demirəm – bunu Ermənistan xalqı deyir. Kimsə bunu etməməyə çalışsın”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanla deputat Levon Köçəryan arasında mübahisə olub.
Levon Köçəryan çıxışı zamanı Paşinyanı “xain” adlandırıb və hökumətin siyasətini tənqid edib.  Buna cavab olaraq Baş nazir çıxışı zamanı Köçəryan ailəsinin sərvətinə toxunub: “Siz deyirsiniz ki, milyonlarınızı uşaqlarınıza ötürəsiniz, uşaqlarınız da öz uşaqlarına ötürsün? Bağışlayın, amma sizə birbaşa deyirəm: bu, olmayacaq. Bunu necə istəyirsinizsə, elə şərh edin, amma mənim üçün bu şəxsi deyil, siyasi məsələdir.
Bu qarşıdurmadan bir gün sonra, 25 avqust səhər saatlarında hüquq-mühafizə orqanları Levon Köçəryanın evinə basqın edib, Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılaraq Antikorrupsiya Komitəsinə aparılıb. Hadisə korrupsiya işi çərçivəsində qiymətləndirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.