Belçikanın paytaxtı Brüsseldə məktəblilərin və tələbələrin etiraz aksiyası başlayıb. Bu barədə Het Laatste Nieuws nəşri məlumat yayıb.
Aksiya iştirakçılarının sözlərinə görə, onlar Belçikanın fransızdilli icmasının təhsil naziri Valeri Qlatinyinin tətbiq etdiyi sərt qənaət tədbirlərinə etiraz edirlər.
Məlumata görə, etirazçılar barrikadalardan istifadə edərək küçələrdən birini bağlamağa cəhd göstəriblər. Onlar həmçinin fişənglər, siqnal raketləri və atəşfəşanlıq vasitələrindən istifadə ediblər.
KİV-in məlumatına görə, Brüsselin Mərkəzi dəmir yolu vağzalı ərazisində nümayişçilərə başqa bir iri həmkarlar ittifaqı və tələbə aksiyasının iştirakçıları da qoşulublar.
Polisin etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdiyi bildirilir.
Bundan əvvəl Parisdə də tələbələrin etiraz aksiyası zamanı nümayişçilərə qarşı su şırnaqlarından istifadə olunub.
Xatırladaq ki, Fransada məktəblilərin etirazları artıq iki həftədir davam edir. Bu müddət ərzində polis 6,6 mindən çox şəxsi saxlayıb. Saxlanılanların təxminən 90 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.