ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarına terror təhlükəsi barədə xəbərdarlıq etdi
ABŞ-ın Azərbaycandakı Səfirliyi, “Abşeron J.W. Marriott” kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.
Səfirlik rəsmi saytında yerləşdirdyi məlumatda ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.
Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:
- Ehtiyatlı və sayıq olun.
- Kütlənin çox olduğu yerlərdən yayının.
- Öz profilinizi büruzə verməyin.
- Ətrafınızdan xəbərdar olun.
- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.
- Yerli mediayanı diqqətdə saxlayın.
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...