ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb, o, rəsmən vəzifəsinin icrasına qayıdıb.
Azpost.info bildirir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
“Müdafiə naziri Lloyd Ostin fevralın 13-də Valter Rid Milli Hərbi Tibb Mərkəzindən buraxılıb. O, sağalır və bu gün vəzifəsinə qayıdıb”, – Pentaqonun bəyanatında deyilir.
Müdafiə naziri bir neçə gün əvvəl yenidən xəstəxanaya yerləşdirilmişdi. Bu, sidik kisəsində müəyyən olunan problemlə bağlı olub. Xatırladaq ki, Ostin xərçəng xəstəliyindən müalicə olunur.