ABŞ-ın vitse-prezidenti Pens Trampla canlı təmasını kəsib
ABŞ-ın vitse- prezidenti Maykl Pens özünütəcrid qaydasına keçərək prezident Trampla şəxsi təmaslarını dayandırıb.
Azpost.info bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makinani deyib. Pens bu addımı köməkçisində koronavirus aşkar edildikdən sonra atıb.
Makinani bildirib ki, Pens bir neçə gün ərzində Trampa yaxınlaşmayacaq. Bu vitse-prezidentin öz qərarıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Pensin mətbuat katibi Keti Millerdə virus aşkar edilib. Tramp bəyan edib ki, onun xəstə ilə şəxsən heç bir təması olmayıb.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...