ABŞ Tovuzdakı döyüşlərlə bağlı açıqlama yaydı:"Tərəfləri güc tətbiqini dərhal dayandırmağa çağırırıq"

ABŞ Azərbaycanla Ermənistan sərhədindəki qarşıdurmaları qınayıb və tərəfləri güc tətbiqini dayandırmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun qurumun saytında yayılan açıqlamasında deyilir.

“ABŞ Azərbaycanın və Ermənistan sərhədindəki zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri güc tətbiqini dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə və atəşkəsə ciddi əməl etməyə çağırırıq. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə tam sadiq olaraq qalır. Biz bu məqsədə nail olmaq uğrunda fəal iştirakımızı davam etdirəcəyik. ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaqla bağlı çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə cəlb olunmasını vacib hesab edir”, – məlumatda belə deyilir.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Baş katibi Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırıb

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi