“Ağalıdakı məktəbdə son tamamlama işləri aparılır”- Prezidentin xüsusi nümayəndəsi

Bu gün biz Ağalı kəndinə köçürülmənin ikinci mərhələsini həyata keçiririk. Artıq 12 ailənin 63 üzvü Ağalı kəndindədir. Onlar evləri ilə tanış olub, açarları təhvil alacaqlar.

Bu sözləri Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.

O qeyd edib ki, iyulda Ağalı kəndinə 41 ailə – 201 nəfər köçürülüb. Kənddə bütün infrastruktur xidmətləri – “ASAN xidmət”, poçt, bank, supermarket şəbəkələri və digər xidmətlər mövcuddur. Kəndin girişində yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir. Buradakı iş yerlərində isə yerli sakinlər çalışırlar.

“Bu gün Ağalıya köçən sakinlər arasında müəllimlərimiz də var. Ağalı kəndində 360 nəfərlik məktəb mövcuddur. Məktəbdə son tamamlama işləri aparılır ki, şagirdlərimiz yeni dərs ilində məktəbə gedə bilsinlər”, – deyə Vahid Hacıyev bildirib.

Əvvəlki məqalə

“Brent” neftinin qiyməti 89 dollardan aşağı düşüb

Sonrakı məqalə

Baş Qərargah rəisi Quru Qoşunlarında olub, xidməti müşavirə keçirib