Ağstafada intihara cəhd baş verib. Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Heydərova  Leyla Misir qızı ağır vəziyyətdə Ağstafa rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdilrilib. Dərhal ona lazimi tibbi yardım göstərilib. L.Heydərovanın vəziyyəti ağır olaraq qalır. Anasının sözlərinə görə, səhər saat 7 radələrində qızını evlərinin yaxınlığındakı yarımtikilidə asılı vəziyyətdə tapıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Qeyd edək ki, 17 yaşlı L.Heydərova Qazax Liseyinin 10-cu sinif şagirdir. Faktla bağlı araşrıdırma aparılır. (APA)