Psixoloqlar hesab edirlər ki, mübahisəli situasiyalarda sakitliyi qorumaq və söhbəti konstruktiv istiqamətə yönəltmək bacarığı çox vacibdir.
Cəmi üç sadə söz gərginliyi azaltmağa, hətta tənqidi faydalı müzakirəyə çevirməyə kömək edə bilər.
Azpost.info bildirir ki, bu barədə TSN yazır.
Dialoqda üstünlük qazanmağa kömək edən 3 söz
“Bəli”
Qarşı tərəfə fikrini sona qədər ifadə etmək imkanı verin. Əgər kimsə sizi tənqid etməyə başlayıbsa, çox güman ki, o, sadəcə neqativ emosiyalarını boşaltmaq deyil, müzakirə aparmaq istəyir. Onun öz fikrini bildirmək hüququ ilə razılaşmaq çox vaxt gözlənilməz olur və münaqişəyə köklənmiş insanın davranışını dəyişə bilər. “Bəli” deyin və ardınca “təşəkkür edirəm” ifadəsini işlədin.
Bu cür davranış qarşı tərəfdə müəyyən çaşqınlıq yarada bilər. Çünki o, müqavimət gözləyirdi, əvəzində nəzakətlə qarşılaşdı. Bu isə söhbəti daha sakit məcraya yönəltmək üçün imkan yaradır.
“Amma...”
Qarşı tərəfin fikrinə zidd mövqeyinizi bildirmək istəyirsinizsə, tələsməyin. Onun arqumentlərinin bir hissəsini qəbul edin, sonra isə tədricən öz fikrinizi ifadə edin: “Bəli, amma...”.
Bu yanaşma fikir ayrılığını qarşıdurma yaratmadan ifadə etməyə kömək edir. Əsas odur ki, mövqeyinizi obyektiv arqumentlərə, faktlara və sağlam məntiqə əsaslandırın. Bu, inandırıcılığınızı artıracaq və qarşı tərəfin gözündə mövqeyinizi gücləndirəcək.
“Gəlin...”
Söhbət hələ də gərgin olaraq qalırsa və kompromis əldə edilməyibsə, birgə həll yolu təklif etmək faydalıdır.
“Gəlin” sözü problemin həllində hər iki tərəfin maraqlı olduğunu göstərir. Məsələn: “Gəlin, hər ikimiz üçün rahat olacaq çıxış yolunu düşünək”.
Bu ifadə diqqəti münaqişədən əməkdaşlığa yönəldir.
Psixoloq söhbətin gedişatını sakit şəkildə idarə etmək üçün “Bəli – amma – gəlin...” formulundan istifadə etməyi tövsiyə edir.
Sunay