Ağstafada TIR-ın hava yastığı partladı, usta öldü

Ağstafada usta faciəvi şəkildə ölüb.

1981-ci il təvəllüdlü İsmayılov Rasim Aslan oğlu işi Özbəkistan vətəndaşı Usmonov Azam Olimoviçin idarə etdiyi “Mercedes Benz Actros” markalı TIR avtomobilinin nasaz olan hava yastığını təmir edib.

O, təkərlə yük yerinin arasında iş görən zaman hava yastığı partlayıb. İsmayılov Rasim Aslan oğlu nəticədə təkərlə yük yerinin arasında qalaraq ölüb.

Araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.