Aİ “Boeing”in qəzaya uğramasını İrana qarşı sanksiyalar üçün əsas hesab etmir
Avropa İttifaqı (Aİ) İranın daha əvvəl məsuliyyəti üzərinə götürdüyü Ukrayna “Boeing”inin İranda qəzaya uğraması ilə əlaqədar rəsmi Tehrana qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətində deyil.
“Report” xəbər verinə görə, bu barədə TASS Brüsseldəki mənbəyə istinadən məlumat verib.
“Aİ bu mərhələdə Ukrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar İrana qarşı sanksiyaların tətbiqi üçün heç bir əsas görmür, əvvəlcə istintaqın nəticələrini əldə etmək lazımdır", - mənbə bildirib.
Ukrayna təyyarəsinin İran üzərində vurulmasının nəticələri və İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının gələcəyi yanvarın 20-də Aİ xarici işlər nazirlərinin iclasında nəzərdən keçiriləcək.
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...