Alen Delon evtanaziya olunması üçün İsveçrə hökumətinə müracət edib  

Əfsanəvi fransız  kino aktyoru Alen Delon evtanaziya istəyi ilə İsveçrə hökumətinə müracət edib.  

Azpost.info bildirir ki, bu barədə oğu Entoni Delon RTL kanalına müsahibəsində deyib.

Entoni özünün “Köpəklər və qurdlar arasında” kitabının nəşri ilə bağlı danışarkən bu barədə açıqlama verib. Kitab Delon ailəsi haqqındadır. Entoni deyib ki, atası ona yaşamaqdan bezdiyi zaman həyatdan köçmək üçün kömək etməsini xahiş edib.

Fransada evtanaziya qadağandır. Alen Delon isə 1978-ci ildən İsveçrəyə köçüb. Burada isə çox ciddi nəzarət altında evtanaziyaya icazə verilir.

Alen Delon artıq vəziyyətnamə tərtib edib.

Ötən il ən yaxın dostu Jan Pol Belmondonun vəfatı Alen Delona çox pis təsir edib.

Aktyor iki dəfə insult keçirib. 2019-cu ildə Parisdə qospitalda 3 həftə reanimasiyada qalıb. Bundan sonra İsveçrəyə qayıdıb və reablitasiya kursu keçib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib

Sonrakı məqalə

Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edilib