Britaniyalı diyetoloq Cenna Houp kələmin ən sağlam tərəvəz ola biləcəyini bildirib.
Azpost.info Daily Mail qəzetinə istinadən bildirir ki, onun sözlərinə görə, bir porsiya kələm (təxminən dörd dolu xörək qaşığı) təxminən 25 kalori, iki qram lif ehtiva edir və gündəlik kalsium ehtiyacının 17 faizini ödəyir.
“Kələm immuniteti dəstəkləyən C vitamini və yaraların sağalması üçün vacib olan K vitamini kimi vacib qida maddələrinin əla mənbəyidir.”- Houp deyib.
O qeyd edib ki, kələm sağlam qırmızı qan hüceyrələrinin qurulması, anemiyanın qarşısının alınması və hamiləlik dövründə dölün inkişafını dəstəkləmək üçün əsas elementlər olan dəmir və folatla zəngindir.
Bundan əlavə, kələm bütün yarpaqlı tərəvəzlər arasında ən yüksək miqdarda lutein və zeaksantin ehtiva edənlərdən biridir və bu bitki birləşmələri göz sağlamlığı üçün çox vacibdir.
“Lutein və zeaksantin təbii günəş eynəyi kimi təsir göstərir – onlar zərərli mavi işığı süzür və gözləri yaşla əlaqəli makula degenerasiyasından qorumağa kömək edir”- deyə nəşrdə deyilir.