“Alma-Ata sənədində dövlətlərin sərhədləri ilə bağlı yazılanlara daha nəyi əlavə edəcəyimi bilmirəm”- LAVROV

Ötən il Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan Praqa sənədində Alma-Ata Bəyannaməsinə istinad edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, Alma-Ata Bəyannaməsinin açıq sənəd olduğunu xatırladıb: “Orada nə yazıldığını oxumaq olar. Orada yazılıb ki, Sovet İttifaqının yerinə yaranan yeni dövlətlərin dövlət sərhədləri SSRİ çərçivəsində mövcud olan inzibati sərhədlərlə müəyyən olunacaq. Buna daha nəyi əlavə edəcəyimi bilmirəm”, deyə Lavrov qeyd edib.

Əvvəlki məqalə

“3+3 formatı bizim diqqətimizdədir”

Sonrakı məqalə

“Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək”