Almaniya Ukraynadakı münaqişəyə görə 200 milyard avro itki verib

Almaniya Ukraynadakı münaqişəyə görə 200 milyard avrodan çox itki verib.

Azpost.info xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fraçşer bildirib.

Onun sözlərinə görə, bu, əsasən elektrik enerjisinin bahalaşması ilə bağlı olub.

Fraçşer əlavə edib ki, Rusiyanın xüsusi əməliyyatı və sonrakı hadisələr Almaniyada elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olub, tədarük zəncirlərini pozub və qlobal iqtisadiyyata yük yaradıb və bu, ölkənin ixracına təsir edib.

Ekspert deyib ki, münaqişənin nəticələrini ən çox aztəminatlı insanlar hiss edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.