Almaniya və Fransanın xarici işlər nazirləri Dəməşqdə səfərdədir

Almaniya xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) fransalı həmkarı Jan-Noel Barro (Jean-Noël Barrot) ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdədir.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) “X” hesabında yazıb.

Ali nümayəndə XİN başçılarının Aİ-ni təmsil etdiklərini vurğulayıb.

K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da qeyd edib:

“Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.