Almaniyada SİYASİ BÖHRAN: Prezident Bundestaqı BURAXDI

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqı buraxıb.

Bu qərar Almaniya kansleri Olaf Şoltsun sorğusuna cavab olaraq qəbul edilib.

Almaniya parlamentinə növbədənkənar seçkilər 2025-ci il fevralın 23-nə təyin olunub.

Xatırladaq ki, daha əvvəl Almaniya prezidenti Bundestaqın buraxılacağını elan etmişdi.

Buna səbəb hakim koalisiyanın dağılmasından sonra parlamentin Olaf Şoltsa etimadsızlıq göstərməsi olub. (musavat)

Əvvəlki məqalə

Kremldən Bakının “Rusiya üzr istəsin” çağırışına cavab –

Sonrakı məqalə

Ukrayna ordusunun əsir götürdüyü Şimali Koreya əsgəri ölüb