“Zeynəb Xanlarovanın səhhəti qaydasındadır, heç bir problem yoxdur”.  Bu barədə APA-ya Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev məlumat verib. “Anam Bakıda evdədir. Allaha şükür, səhhəti də yaxşıdır. Bu xəbərlər yalandır”, - deyə o bildirib. Qeyd edək ki, bəzi saytlarda Z. Xanlarovanın dünyasını dəyişdiyinə dair məlumatlar yayılıb.