Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
ANAMA-dan verilən məlumata görə, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır. Namizədlərə əməkhaqqı ilə yanaşı, çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatlar veriləcək, gündə 3 dəfə yemək və yaşayış yeri ilə təmin ediləcək.
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və digər), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidirlər.
Sənəd qəbulu cari il dekabrın 30-dək həyata keçiriləcək.
Seçim zamanı keçmiş məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Həmçinin namizədlər əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edə bilər.