Anar Kərimov Azərbaycanın İranda mədəniyyət mərkəzinin açılmasını təklif edib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın İslami əlaqələr və mədəniyyət təşkilatının sədri Məhəmməd Mehdi İmanipurla görüşüb.

Görüşdə M.İmanipur İran və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyinin ildönümü ərəfəsində iki ölkə arasında əlaqələrin möhkəmlənməsi üçün yeni üfüqlər yarandığını bildirib.

O qeyd edib ki, qarşılıqlı səylərimizlə mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün müsbət addım ata bilərik.

M.İmanipurun sözlərinə görə, İran və Azərbaycan arasında əlaqələr iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırır:

“Müştərək əməkdaşlıqla mədəniyyət sahəsində əməkdaşlığımıza yeni səhifə aça bilərik. İki ölkə əl işləri sənayesi, teatr, müştərək filmlərin və sənədli filmlərin istehsalı və xəttatlıq sahəsində festivalların keçirilməsinə şərait yarada bilər”,- deyə Məhəmməd Mehdi İmanipur bildirib.

O Tehran və Bakı şəhərlərinin qardaşlaşmasını təklif edib.

Bu addım mədəniyyət məsələlərində iki şəhər arasında yüksək və icra oluna biləcək müştəərk əməkdaşlıq yarada bilər.

M.M İmanipur Şuşa şəhəri ilə İranın şəhərlərindən birinin qardaşlaşması təklifini də edib.

Görüşdə A.Kərimov İran və Azərbaycan arasında mədəniyyət sahəsində möhkəm əlaqələrin olduğunu bildirib:

“İki ölkə mədəniyyət sahəsində əlaqələrin inkişafına səy göstərməlidir”.

O qeyd edib ki, Azərbaycan İranla müştərək mədəni, incəsənət, teatr və kino sahəsində əməkdaşlığa hazırdır.

A.Kərimov İran və Azərbaycan arasında müştərək mədəniyyət mərkəzlərinin yaradılması zərurətindən danışıb:

“İranın mədəniyyət mərkəzinin Bakıda fəaliyyətindən məmnunuq. İstərdik ki, Azərbaycanın İranda mədəniyyət mərkəzi təsis olunsun və fəaliyyət göstərsin. O, 2024-cü ildə Şuşa şəhərinin İslam paytaxtı kimi təqdim olunacağını bildirib. Çünki bu Şuşa şəhərinin daha da tanıdılmasına zəmin yaradacaq”. (APA)

Əvvəlki məqalə

YouTube Semyon Peqovun “wargonzo” səhifəsini silib

Sonrakı məqalə

İlham Əliyev bu gün Özbəkistana səfər edəcək