Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib.
Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.
Qeyd edək ki, seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.
Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.
Xalq yazıçısı Anar mətbuata səslənib.
Anar mətbuatın AYB ilə bağlı qərəzli mövqe tutduğunu qeyd edib.
“Mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il sədr kimi fəaliyyət göstərəcəyəm .Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməsin. Bizə qarşı, AYB-yə qarşı qərəzli yazılar yazmasınlar, hər şeyi tərsinə yozmasınlar. Ən əsası, bir az obyektiv və insaflı davransınlar”, – Xalq yazıçısı vurğulayıb. (APA)